İTV-nin itkin düşmüş əməkdaşının meyiti tapıldı

26-02-2016, 21:54           

İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, R.Əliyevin meyiti bu gün Milli Parkdakı “Cristall Hall” yaxınlığında dənizdə aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R.Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru