Kürdəmirdə araq üstündə atışma: iki qardaş güllələndi - TƏFƏRRÜAT
27-02-2016, 00:13
Kürdəmir sakinləri qonaq getdikləri evdə güllələniblər.
APA TV-nin xəbərinə görə, hadisə Kürdəmir rayonunun Topalhəsənli kəndində baş verib. Topalhəsənli kənd sakini Məhəmmədəli Abdullayev qayınının ad günündə həddindən artıq içkili olmasına baxmayaraq, yenə içki istəyib. Həmin məclisdə qonaq olan Natiq Dəmirov buna etiraz edib.
Nəticədə qonaqlar arasında mübahisə yaranıb. İçkili vəziyyətdə olan Məhəmmədəli Abdullayev evə qayıdaraq, ov tüfəngini götürüb və qayınıgilin həyətinə girərək, evin qapısına 26 dəfə atəş açıb.
Nəticədə Natiq Dəmirov və qardaşı Raqif bədənlərinin müxtəlif nahiyyələrindən güllə yaraları alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Məhəmmədəli Abdulllayev hadisəni sərxoş olduğuna görə törətdiyini bildirib: “Heç bilmirəm. Yadıma gəlmir ki, bu, necə olub. İndi mənə kimsə deyir, fikirləşirəm ki, yəni, belə şey olar?! Vallah, Allahın adı haqqı bilmirəm. Hələ də inanmıram.”
Hadisəni törədən Məhəmmədəli Abdullayev tutularaq istintaqa təhvil verilib. Araşdırma aparılır.