İsmayıllı rayonunda iki intihar hadisəsi

26-07-2021, 12:05           
İsmayıllı rayonunda iki intihar hadisəsi
İsmayıllı rayonunda iki intihar hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, rayonun Topçu kənd sakini 1950-ci il təvəllüdlü Mirzəyeva Gülnar Əhmədağa qızı yaşadığı evdə özünü kəndirlə asıb.

Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Rayonun İvanovka kənd sakini, 1973-cü il təvəllüdlü Tatlıyev Viktor Viktoroviç də özünü asaraq intihar edib. Onun meyiti müayinə olunmaq üçün İsmayıllı rayon morquna aparılıb.

Hər iki faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru