4 yaşlı oğlu anasını güllələdi

12-03-2016, 06:28           
4 yaşlı oğlu anasını güllələdi
Amerikan Florida ştatında yaşayan və silah həvəskarı olan Jamie Gilt adlı qadın oğlu ilə birlikdə atış təliminə gedib.

Facebookda oğluna silahdan istifadə etməyi öyrədən qadın “oğlum çox qabiliyyətlidir. 4 yaşında atdığını vurur” deyə status yazıb. Jamie statusu paylaşdıqdan 1 gün sonra uşaq maşının arxa oturacağındakı silahı götürərək anasına atəş açıb. Kürəyindən vurulan J.Gilt xəstəxanaya aparılıb.

Polislər qadının yaxşılaşdıqdan sonra məsuliyyətsizlik etdiyi üçün məhkəməyə çıxarılacağını və 1 il həbs cəzası alacağını deyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru