Məhkəmə “Azneft”in bələdiyyəyə qarşı şikayətini təmin etməyib

12-03-2016, 12:05           
Məhkəmə “Azneft”in bələdiyyəyə qarşı şikayətini təmin etməyib
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin (İB) Maştağa Bələdiyyəsinə qarşı apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, “Azneft” İB bələdiyyə tərəfindən Nəzakət Şəkinskayanın adına verilən qərarın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı mümkün saymayıb.

“Azneft” İB həmin qərardan apellyasiya şikayəti verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru