“Zaporoje” və “İnfiniti” toqquşdu - 5 yaralı

13-03-2016, 15:29           
“Zaporoje” və “İnfiniti” toqquşdu - 5 yaralı
Ucarda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

teref.az-nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun 235-ci km-də, Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

“Zaporoje” və “İnfiniti” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Göyçay rayon sakinləri olan “Zaporoje” markalı minik avtomobilinin sürücüsü 1985-ci il təvəllüdlü Rəhimov Elnur Söhrab oğlu, sərnişinləri 1985-ci il təvəllüdlü Əhmədova Səidə Ramil qızı və onun azyaşlı övladı, 2012-ci il təvəllüdlü Əhmədova Kənan Taleh oğlu, Sumqayıt şəhər sakinləri olan “İnfiniti” markalı minik avtomobilinin sərnişinləri 1956-cı il təvəllüdlü Əliyeva Sənubər Zabit qızı və onun oğlu, 1976-cı il təvəllüdlü Rəhimov Teymur Sabir oğlu xəsarət alıblar. Xəsarət alanlar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru