Həmyerlimizə Amerika ordusunda yüksək vəzifə verildi
16-03-2016, 01:56
Amerika Birləşmiş Ştatlarının 2015-ci ilin dekabr ayında Rumıniyada istifadəyə verilən Ballistik Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsinə Jonh Naimi Amiral təyin edilib.
teref.az Atv-yə istinadən xəbər verir ki, əsl adı Nəimi Amiral olan Jonh Naimi Amiral əslən Azərbaycandandır.
O uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır və Amerika ordusunda xidmət edir.