Moskvada qanunsuz qara kürü satan üç azərbaycanlı tutulub

16-03-2016, 10:25           

Moskvada sağlamlıq üçün təhlükəli olan qanunsuz nərə kürüsü ticarəti faktı üzrə cinayət işi qaldırılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən "Fishnews" məlumat yayıb.
İstintaqın fərziyyəsinə görə, üç Azərbaycan vətəndaşı və bir rusiyalı 2015-ci ilin mart ayından dekabrınadək olan dövr ərzində təhlükəsizlik tələblərinə cavab verməyən qara kürü satışı ilə məşğul olublar.
Ötən ilin dekabrında hüquq-mühafizə orqanları əməkdaşlarının birgə əməliyyatı nəticəsində 10 kq-dan artıq nərə balığı kürüsü götürülüb. Aparılan ekspertiza məhsulun sağlamlıq üçün təhlükəli olduğunu təsdiq edib.
Saxlanılan şəxslər bu cinayətə görə 6 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Cinayət işinin istintaqı davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru