FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı

17-03-2016, 00:55           
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb.

teref.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət ümumi sahəsi 600 kv.m olan (hər mərtəbəsi 300 kv.m ) binanın 1-ci mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə, 2-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan mənzilin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə yanıb, 1 otaqda kondisioner və televizor ərimiş, otağın tavanı 10 kv.m sahədə qarsalanıb.

Hadisə nəticəsində bir nəfər yanıq xəsarəti alıb və iki nəfər tüstüdən zəhərlənib. Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Digər mənzillər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Alov saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru