Ermənilər Azərbaycan kəndini atəşə tutublar - VİDEO

17-03-2016, 00:58           
Ermənilər Azərbaycan kəndini atəşə tutublar - VİDEO
Bayram günlərində gülləbaran halları daha tez-tez baş verir.

Ermənistan silahlı qüvvələri Tapqaraqoyunlu kəndini avtomat və pulemyotlardan intensiv atəşə tutublar.

Region TV xəbər verir ki, düşmənin açdığı atəş nəticəsində kənd orta məktəbinə ciddi ziyan dəyib. Təhsil ocağının pəncərələri sınıb, dam örtüyü zədələnib.

Gülləbaran gecə saatlarında, uşaqların məktəbdə olmadığı vaxtda baş verdiyindən xəsarət alan olmayıb. Kənddəki yaşayış binaları da gülləbarana məruz qalıb. Pəncərə şüşələri sınıb, evlər dağılıb, dam örtüklərinə zərər dəyib. İnsan tələfatı və xəsarət alan yoxdur.

Son günlər, xüsusilə də bayram ərəfəsində atəşkəs rejiminin tez-tez pozulmasına baxmayarq kənd sakinləri düşməndən qorxmadığını və kənddə həyatın öz axarı ilə getdiyini deyirlər.
[media=https://www.youtube.com/watch?v=WcShqzE-aeE]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru