20 yaşlı qız bıçaqlandı - Gəncədə

17-03-2016, 10:40           

Gəncədə 20 yaşlı qız keçmiş nişanlısı tərəfindən bıçaqlanıb.

Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına əsasən, şəhər sakini 1996-cı il təvəllüdlü Nuriyyə Cabbarova sol bud nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.



Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, 20 yaşlı qız keçmiş nişanlısı tərəfindən bıçaqlanıb.



Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru