Bakıda partlayış, obyektlərə və maşınlara zərər dəydi

24-04-2016, 11:53           
Bakıda partlayış, obyektlərə və maşınlara zərər dəydi
Bakıda partlayış olub. Hadisə Yasamal rayonu, İnşaatçılar prospekti 100 ünvanında- "Xalq bank"ın yaxınlığında qeydə alınıb. Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, partlayış avtomobil qarajlarından birində bu gün səhər saatlarında qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, yaxınlıqdakı digər qarajlara və ərazidəki avtomobillərin bəzilərinə ciddi zərər dəyib.

Hadisəyə ilkin ehtimal qaz sızması göstərilir, lakin daha dəqiq səbəblərini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb. Hazırda hadisə yerində araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru