Əsəd İranın təklifindən imtina etdi 24-04-2016, 12:07 Suriya Prezidenti Bəşər Əsəd siyasi sığınacaq təklifimizdən imtina edib. Axar.az xəbər verir ki, bu sözləri İranın Kəşfiyyat naziri Mahmud Alavi deyib. O bildirib ki, Əsəd və onun ailəsi Suriyanın paytaxtı Dəməşqdə qalmağı üstün tutub. Qeyd edək ki, bundan öncə də İranın Əsədə siyasi sığınacaq təklif etməsi ilə bağlı məlumatlar yayılmışdı. Facebook-da paylaş