Kəlbəcərdə həlak olan əsgərimiz evin sonbeşiyi imiş - FOTO

14-06-2022, 11:50           
Kəlbəcərdə həlak olan əsgərimiz evin sonbeşiyi imiş - FOTO
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində həlak olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, R.Əliyarov Xaçmaz rayonunun Xudat şəhərindəndir. Vəfat edən əsgərimizin özündən böyük iki qardaşı var. O, evin sonbeşiyi imiş.

R.Əliyarovun valideynləri Xudatda zəhmətkeş insanlar kimi tanınırlar.

Qeyd edək ki, Riyad Əliyarov sabah Xudat şəhərində torpağa tapşırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru