“Semaşko”nun baş həkimi işdən çıxarıldı

4-05-2016, 21:56           

1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sabit Hüseynzadə işdən çıxarılıb.

Bu barədə virtualaz.org saytına xəstəxanadan məlumat veriblər.

Xəbərdə deyilir ki, baş həkimin yerinə müvəqqəti olaraq Ədalət Dadaşov təyin edilib.

Xəstəxanadan baş həkimin müalicə işləri üzrə müavini Məhəbbət İbrahimovanın da işdən çıxarıldığı bildirilib. Amma bu xəbər hələlik təsdiqlənməyib.

Qeyd edək ki, S.Hüseynzadə və M.İbrahimova ötən il sentyabrın 2-də vəzifəyə təyin olunmuşdular.

Səhiyyə Nazirliyindən saytımıza deyiblər ki, Ə.Dadaşov xəstəxananın II cərrahiyyə şöbəsinin müdiri işləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.