Səhiyyə naziri Oktay Şirəliyevin əmri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nurəddin Əhmədov vəzifəsindən azad edilib.
Dia.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hələlik bu vəzifəyə yeni təyinat yoxdur, müvəqqəti olaraq vəzifənin icrası baş həkimin müavini Ayaz İbrahimova həvalə olunub.
Məlumatı Şəmkir Rayon İcra Hakimiyyətindən də təsdiqləyiblər.