Daha bir erməni cəhənnəmə vasil oldu

12-05-2016, 12:20           
Daha bir erməni cəhənnəmə vasil oldu
Cəbhədə erməni hərbçi vurulub. teref.az xəbər verir ki, anspress-in erməni mediasına istinadən yaydığı xəbərə görə, əsgər ötən gün axşam saatalarında güllə yarasından dünyasını dəyişib. 1996-cı il təvəllüdlü Martirosyan Armen Qrayroviç cəbhənin şimal istiqamətində atəşkəsin pozulması nəticəsində vurulub.

May ayının 9-da isə Azərbaycanın işğal altında olan ərazilərində, təmas xəttində baş verən atışma zamanı erməni generalın qardaşı yaralanıb. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, 32 yaşlı Artur Saroqyan xəstəxanaya çatdırılıb. Onun vəziyyətini həkimlər ağır qiymətləndirir.
O, könüllü kimi aprel ayında başlayan döyüşlərdən sonra Qarabağa yollanıb. Məlumata görə, A.Saroyan Ermənistan Milli Yığıncağı - parlamentinin deputatı, general Seyran Saroyanın yaxın qohumudur.

General Saroyan birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.