15 yaşlı məktəbli müəllimindən hamilə qaldı - Şamaxıda ŞOK

12-05-2016, 23:25           
15 yaşlı məktəbli müəllimindən hamilə qaldı - Şamaxıda ŞOK
Şamaxıda şok hadisə qeydə alınıb.

teref.az xəbər verir ki, aznews.az-a daxil olan məlumata görə, rayonun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyinin artıq 7-ci ayıdır.
Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.

Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib.
Şamaxı Rayon Prokurorunun köməkçisi Coşqun İsgəndərov Aznews.az-a açıqlamasında hadisə ilə bağlı prokurorluqda cinayət işi başlanıldığını qeyd edib:

“Hadisə ilə bağlı bizə məlumat daxil olub və prokurorluqda ilkin material kimi araşdırılır. Orada 16 yaşa çatmayan şəxslə cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlərlə bağlı maddə olduğundan rayon prokurorluğunda cinayət işi başlanılıb”.

C.İsgəndərov onu da əlavə edib ki, hazırda 15 yaşlı məktəblinin hamilə qalması faktı ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru