Şeyxin qardaşı ittihamlardan danışdı - “Onun adını eşitmək istəmirəm..”

23-05-2016, 12:57           
Şeyxin qardaşı ittihamlardan danışdı - “Onun adını eşitmək istəmirəm..”
Bakı İstintaq Təcridxanasında saxlanılan Müğdət Həşimov mətbuat vasitəsilə başına gələnləri açıqlayıb. Məktub müəllifi M.Həşimov Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür. O, yazdığı məktubda “həbsimin səbəbkarı və sifarişçisi Milli Məclisin deputatı Cavanşir Paşazadədir" iddiasını irəli sürüb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə Modern.az saytına yazılanların uydumadan ibarət olduğunu deyib:

“Mən elə bir adam tanımıram, tanımaq və adını belə eşitmək istəmirəm”.

Cavanşir Paşazadə “axı siz Müğdət Həşimovla ortaq işləmisiniz” sözlərinə cavab olaraq əlavə şərh vermək istəmədiyini deyib:

“O çox şey deyə bilər, qanun var, qayda var. Kim nə istəyir yazsın, kim də hansı ittihamı istəyir səsləndirsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.