Tələbə özünü binadan atdı - Təfərrüat

23-05-2016, 18:00           
Tələbə özünü binadan atdı - Təfərrüat
Mədəniyyət və İncəsənət Universitetində intihara cəhd hadisəsi qeydə alınıb.

AzNews.az-a verilən məlumata görə, sözügedən təhsil müəssisəsinin “Kulturologiya” fakültəsinin 3-cü kurs tələbəsi özünü 2-ci mərtəbədən atıb. Hadisə nəticəsində sağ qalan tələbə başından ağır travma alaraq xəstəxanaya yerləşdirilib. İntihara cəhd olayının arxasında bəzi müəmmaların dayandığı bildirilir. Belə ki, guya həmin tələbə sevdiyi qızdan “yox” cavabı alıb. Buna görə də o, yaşamaq istəməyib. Bu üzdən də intihar etmək istəyib.

Başqa bir mənbə isə tələbənin kəsirlərinin olduğunu və buna görə tələb olunan “haqqı” ödəyə bilmədiyindən intihara əl atdığını deyir.

Mədəniyyət və İncəsənət Universitetindən isə hadisənin tamam “başqa səbəbdən” baş verdiyi deyilib: “Heç bir intihar söhbəti yoxdur. Həmin tələbə əyilib ki, “selfie” çəkdirsin, ayağı burxulub və yıxılıb. Bir gün xəstəxanada qalıb, başına tikiş atıblar, hazırda evdə müalicə olunur. İntihar etmək istəyən tələbə özünü ikinci deyil, beşinci mərtəbədən atar”.

Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma başlanılıb. Prokurorluqdan belə bir hadisənin baş verdiyini təsdiqləsələr də, əlavə məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru