Cavid Qurbanovun dövlətə nə qədər borcu var? - rəsmi

24-05-2016, 10:17           
Cavid Qurbanovun dövlətə nə qədər borcu var? - rəsmi
“Azərbaycan Dəmir Yolları” QSC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 4 mln. 773,3 min manat və ya 3,5 dəfə, 2014-cü illə müqayisədə 3 mln. 425 min manat və 2 dəfə artaraq 6 mln. 660,8 min manata yüksəlib.
Bizimxeber.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində yer alıb.
Sənəddə qeyd edilib ki, hesabat dövründə QSC üzrə dövlət büdcəsinə olan borcların həcmi 2 mln. 780,9 min manat (4 dəfə) artaraq 3 mln. 702,7 min manat, artıqödəmənin həcmi isə 1 mln. 373,4 min manat (20,2%) azalaraq 5 mln. 435,8 min manat təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru