Bakıda kafedə qadın kişini bıçaqladı

5-12-2022, 10:02           
Bakıda kafedə qadın kişini bıçaqladı
Bakıda kafedə qadın kişini bıçaqlayıb.

Teref.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, R.Əliyev küçəsi 5 saylı ünvanda yerləşən "Kafe 21” adlı iaşə müəssisəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Nigar Elçin qızı İbrahimli mübahisə zəminində 1990-cı il təvəllüdlü Şamil Zahir oğlu Hüseynliyə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.