Sabiq millət vəkili Gülər Əhmədova yenidən siyasətə qayıdır ? - Amma YAP-da olmayacaq

25-05-2016, 21:25           
Sabiq millət vəkili Gülər Əhmədova yenidən siyasətə qayıdır ? - Amma YAP-da olmayacaq
G.Əhmədova bundan sonrakı fəaliyyətini Müasir Müsavat Partiyasında davam etdirmək istəyir.

MMP-dən saytımıza daxil olan məlumatda o da bildirilir ki, sabiq deputatın partiyaya gəlməsi üçün danışıqlar başlayıb. Hətta ilkin razılığın əldə olunduğu söylənilir. Belə ki, G.Əhmədovanın MMP-də önəmli post tutacağı da gözlənilir.

Məsələylə bağlı münasibət öyrənmək üçün MMP sədri Hafiz Hacıyevlə əlaqə saxladıq.

H.Hacıyev faktı təsdiqlədi və bildirdi ki, Gülər Əhmədovanın MMP-yə gəlməsi real məsələdir: «Bu istiqamətdə danışıqlarımız olub. Hələlik söhbətimiz müzakirə ərəfəsindədir, ancaq nəticədə Gülər xanımın MMP-yə qoşulması müsbət hadisədir. Gülər Əhmədova Heydər Əliyev siyasi kursunun əsas fiqurlarından olub. Onun bizimlə bir yerdə olması önəmlidir. Düşünürəm ki, Gülər Əhmədova MMP sıralarında təmsil olunaraq, qardaşım İlham Əliyevin siyasi kursunu davam etdirəcək. Eyni zamanda, hakimiyyətdə olan mənfur qüvvələrə qarşı birgə mübarizə aparacağıq».(Mia.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru