Azərbaycanda məmur evinə basqın — Külli miqdarda pul aparıldı

25-05-2016, 23:04           

Polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala rayon Sosial Müdafiə Mərkəzinin sektor müdiri Elnur Bağırovun yaşadığı mənzildən oğurluq olub.

TEREF.İNFO xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, mayın 23-də Elnur Bağırovun ailəsi ilə birlikdə toyda olmasından istifadə edən oğru (yaxud oğrular) onun evinin pəncərəsindən mənzilinə daxil olaraq 23 min manat pulunu oğurlayıblar.

Hazırda oğurluğu törətmiş şəxsin və ya şəxslərin aşkar olunaraq istintaqa cəlb edilməsi istiqamətində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən intensiv əməliyyat tədbirləri həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru