"SOCAR Trading": Cenevrədəki biznes fəaliyyətimiz davam etdirilir
26-05-2016, 16:36
"SOCAR Trading" şirkəti Cenevrədəki hazırkı biznes fəaliyyətini davam etdirir". "Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd olunub. "KİV-də "SOCAR Trading"in bağlanması ilə bağlı yer alan məlumatla əlaqədar olaraq qeyd etmək istərdik ki, bu məlumat qeyri-dəqiqdir və Cenevrədəki bütün hazırkı biznes fəaliyyətimizi davam etdiririk", - deyə məlumatda qeyd olunub.