Azərbaycanda tanınmış iş adamı öldü — Nazir və eks-nazir yasa gəldi

5-06-2016, 01:27           

Sumqayıtın tanınmış iş adamı, “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov vəfat edib.

Ölkə.Az mia.az-a istinadən xəbər verir ki, mərhum uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.

Bu gün mərhumun vəfatı ilə əlaqədar Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov, keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Sumqayıta gəliblər.

Mərhum sabah doğulduğu rayonda - Ucarda dəfn olunacaq.

Allah rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru