Bakıda məhbuslar arasında dava: Yaralılar var

6-06-2016, 13:10           
Bakıda məhbuslar arasında dava: Yaralılar var
Bakıda Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında dava olub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində dava düşməsi barədə idarəyə material daxil olub.

Daxil olan materiala görə, bir müddət əvvəl Cəzaçəkmə Müəssisəsində düşən dava zamanı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkumluq həyatı yaşayan, 1989-cu il təvəllüdlü Ayaz Saleh oğlu Əkbərov məhbus yoldaşı, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə məhkum olunmuş, 1978-ci il təvəllüdlü Anar Akif oğlu Mustafayevin başını daşla vurub. Xəsarət alan məhkuma tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru