Kanadalı general hökuməti məhkəməyə verdi: Altı milyon dollar təzminat tələb etdi - FOTO

17-03-2023, 08:35           
Kanadalı general hökuməti məhkəməyə verdi: Altı milyon dollar təzminat tələb etdi - FOTO
Kanadalı general-mayor Dani Fortin haqqında irəli sürülən cinsi təcavüz ittihamlarından bəraət aldıqdan sonra hökuməti məhkəməyə verib.

General-mayor hökumətdən 6 milyon dollar təzminat tələb edib.

Dani Fortinin 2021-ci ilin avqustunda COVID-19 peyvəndinin paylanması təşkilatının rəhbəri təyin edildiyi hərbi məktəbdə tabeliyində olan bir işçiyə təcavüz etdiyi iddia olunub. Bu səbəbdən Fortin vəzifəsindən uzaqlaşdırılıb.

General-mayor keçən ilin dekabr ayında ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb. Bundan sonra Dani Fortin Baş nazir Castin Trüdo və Baş Qərargahın rəhbəri Uayn Eyre də daxil olmaqla 16 yüksək vəzifəli şəxsi məhkəməyə verib. Fortin onları böhtan, dövlət vəzifəsindən sui-istifadə, araşdırmaya səhlənkar yanaşma, etibardan sui-istifadə və ona qarşı əlbir olmaqda ittiham edib.
Fortin Ontario Ali Ədliyyə Məhkəməsinə verdiyi məhkəmə ərizəsində adıçəkilən 16 şəxsdən 5 milyon Kanada dolları dəyərində ümumi zərər və bir milyon Kanada dolları dəyərində cəza təzminatı olmaqla ümumilikdə 6 milyon dollar təzminat tələb edib.


Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.