Tələblə bağlı narahatlıqlar fonunda neft ucuzlaşıb

20-03-2023, 12:28           
Tələblə bağlı narahatlıqlar fonunda neft ucuzlaşıb
Resessiya riski səbəbindən tələb perspektivləri ilə bağlı narahatlıqlar fonunda dünya bazarında neft qiymətləri düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin may fyuçersləri 0,95 % ucuzlaşaraq 1 bareli 72,28 ABŞ dollarına satılıb. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə 0,79 % düşüb və 1 bareli 66,4 ABŞ dolları təşkil edib.

Davam edən qeyri-müəyyənliklər fonunda treyderlər ehtiyatlı davranmağa üstünlük verirlər. Ötən həftə bazarlarda bank sektoru ilə bağlı volatillik müşahidə edilib. İnvestorlar monetar siyasətin sərtləşdirilməsinin banklara təsir etdiyindən narahatdır. Bu tendensiyalar iqtisadi perspektivə və neftə olan tələb proqnozlarına mənfi təsir göstərir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.