İnkassatorun vurduğu qız xəstəxanada ÖLDÜ

22-03-2023, 08:33           
İnkassatorun vurduğu qız xəstəxanada ÖLDÜ
Sabirabadda inkassatorun vurduğu qız 4 gün sonra xəstəxanada ölüb.

Teref.az apa-ya istinadən xəbər verir ki, martın 17-də 1978-ci il təvəllüdlü Zeynalov Rauf Süleyman oğlu idarə etdiyi inkassator “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedçi 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlunu vurması nəticəsində sonuncu hadisə yerində ölüb.

Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı xəsarətlər alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına daxil olub.

Onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən özəl xəstəxanaya köçürülüb.

Lakin həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru