Qondarma “Luqansk Xalq Respublikasının daxili işlər naziri” vəzifəsini müvəqqəti icra edən İqor Kornetin həyatına sui-qəsd olunub. Bu barədə regionun hüquq-mühafizə orqanları məlumat yayıb. Bildirilib ki, Luqanskın mərkəzində partlayış nəticəsində Kornet ağır yaralanıb, hazırda reanimasiyadadır.