Almaniya XİN rəhbərinin son üç gündə ikinci təyyarəsi sıradan çıxdı

18-05-2023, 11:34           
Almaniya XİN rəhbərinin son üç gündə ikinci təyyarəsi sıradan çıxdı
Almaniyanın xarici işlər naziri Annalena Berbokun təyyarəsində nasazlıq aşkarlanıb. Nəticədə onun Dohadan Berlinə planlaşdırılan uçuşu təxirə salınıb. Xanım Berbokun bazar ertəsi Ərəbistan yarımadasına gəlişi də digər bir hökumət təyyarəsində nasazlıq aşkar edildikdən sonra gecikib.

Almaniyalı nazir həmkarı - Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan bin Abdullah Al Səud ilə görüşdükdən sonra çərşənbə günü günorta Dohadan ölkəsniə uçmalı idi. Lakin təyyarənin nasazlığı səbəbindən alman nümayəndə heyəti dəniz kənarındakı hotelə qayıdıb.

Məlumata görə, Almaniya hökumət 2019-cu ildə üç yeni A350 tipli təyyarə sifariş edib. Onların dəyəri 1,2 milyard avro qiymətləndirilib.
Mənbə: kommersant.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.