Zaqatalada özünü sayt rəhbəri kimi təqdim edən şəxs həbs edildi

20-05-2023, 12:44           
Zaqatalada özünü sayt rəhbəri kimi təqdim edən şəxs həbs edildi
Zaqatalada özünü informasiya saytının rəhbəri kimi təqdim edib, dələduzluqla məşğul olan şəxs həbs edilib.

APA-nın məlumatına görə, özünü informasiya saytının baş redaktoru və vəzifəli şəxs kimi təqdim edərək Zaqatala rayonu ərazisində ayrı-ayrı sahibkarları şantaj etmək yolu ilə pul tələb edən rayonun Aşağı Tala kənd sakini Vüqar Rəcəb oğlu Musayev saxlanılıb.

Onun barəsində Zaqatala Rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs qətimkan qərarı çıxarılıb.
Qeyd edək ki, V. Musayev barəsində cari ilin fevral ayının sonlarında Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru