Oğuzda iki avtomobil toqquşdu: Xəsarət alan var - FOTO

20-05-2023, 12:54           
Oğuzda iki avtomobil toqquşdu:
Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Xalxal kənd sakini, 1985-ci il təvəllüdlü Şahin Vahid oğlu Şirinovun idarə etdiyi VAZ-2106 markalı avtomobil yol kənarında dayanan “Chevrolet Niva” markalı avtomobillə toqquşub.

Qəza zamanı VAZ-2106 markalı avtomobilin sürücüsü Şahin Şirinov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru