Lavrovun qızı Gürcüstanı tərk etdi

21-05-2023, 21:25           
Lavrovun qızı Gürcüstanı tərk etdi
Rusiya xarici işlər naziri Sergey Lavrovun qızı Yekaterina Vinokurova və əri toy mərasmində iştirak etmək üçün gəldikləri Gürcüstanı tərk ediblər.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Mtavari” telekanalı məlumat yayıb.Məlumata görə, Vinokurova və ərini Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edib.

“Onlar sərhədi keçib və hazırda Səudiyyə Ərəbistanındadır”, – məlumatda qeyd olunub.

“Kvareli Lake Resort” otelində isə Vinokurovun qardaşı arvadı və digər qonaqlar qalıb.

Qeyd edək ki, bir müddət öncə Sergey lavrovun qızı Yekaterina Vinokurova əri Aleksandr Vinokurovun qardaşının toyunda iştirak etmək üçün Gürcüstana gəlmişdi. Lakin gürcülər lavrovun qızının gəlişinə etiraz edərək, onun qaldığı otelin yaxınlığında aksiya keçirmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru