Rusiyada manyak-pedofil ələ keçdi

26-06-2023, 12:54           
Rusiyada manyak-pedofil ələ keçdi
Moskva vilayətinin Yeqoryevsk şəhərində yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığın bir neçə epizodu üzrə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılan şəxs bir il ərzində cinayətlər törədib. Onun qurbanları 10-13 yaş arası beş uşaqdır.

Bu yaxınlarda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlərdən xəbər tutublar. Uşaqlar pedofili təsvir edərək, onun motosiklet sürdüyünü deyiblər. Cinayətkarın portreti tərtib edilib və bir neçə məşhur “Telegram” kanalında yerləşdirilib.


Tezliklə şübhəlinin şəxsiyyəti müəyyən edilib, onun 46 yaşlı yerli sakin olduğu məlum olub və o, artıq saxlanılıb.

Yaxın vaxtlarda şəxs barəsində həbs-qətimkan tədbiri seçiləcək.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru