Bələdiyyə sədrləri cərimə ödəməli olacaqlar

26-06-2023, 17:01           
Bələdiyyə sədrləri cərimə ödəməli olacaqlar
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 22-də Quba rayonu ərazisində keçirdikləri tədbir zamanı Qəçrəş və Dağlı kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi aşkarlanıb. Tülər kəndində isə qanunsuz kömür istehsalı faktı müəyyən edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən xəbər verilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə Qəçrəş və Dağlı kənd bələdiyyələrinin sədrləri, 275.1.1-ci maddəsinin (dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizanın rəyi ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi) tələblərini pozduğuna görə isə bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru