Rusiya XİN Kiyevin PUA-larla Kremlə hücumuna kömək edənlərin adını çəkib

5-07-2023, 08:44           
Rusiya XİN Kiyevin PUA-larla Kremlə hücumuna kömək edənlərin adını çəkib
Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatlarının hücumunun NATO və ABŞ-ın dəstəyi olmadan mümkün olmayacağını bildirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Nazirliyin məlumatına görə, ABŞ və NATO müttəfiqləri Ukraynaya silahlar verir, həmçinin pilotsuz uçuş aparatlarının operatorlarını öyrədir və lazımi məlumatları verir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri iyulun 4-də səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinin Yeni Moskva rayonuna bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru