Bakıya qarşı təbliğat aparan iranlı spiker saxlanıldı

11-07-2023, 12:37           
Bakıya qarşı təbliğat aparan iranlı spiker saxlanıldı
İran KİV-də Azərbaycana qarşı çıxışları ilə tanınan Əliəkbər Rafeipur Səudi Ərəbistanda saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlamasında bildirib ki, hökumət spikeri Əliəkbər Rafeipur Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün getsə də, İrana qayıdarkən bizə məlum olmayan səbəblərə görə Ciddə hava limanında çıxış problemi ilə üzləşib.

Qeyd edək ki, Rafeipur İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan Respublikasına qarşı davamlı çıxışları ilə tanınır. O, İranın Ermənistana hərbi dəstək verməsi, Zəngəzur dəhlizinin açılmaması üçün oraya hərbi qüvvə göndərilməsində israr edən antiazərbaycan siyasətinin əsas media təbliğatçısıdır .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru