İndoneziya Sahil Mühafizəsi İran gəmisini saxlayıb.
Teref.Az Trend-ə istinadən bildirir ki, Sahil Mühafizəsi qeyri-qanuni neft daşımaqda şübhəli bilinən İran bayrağı altında üzən "Arman 114" adlı neft tankerini ələ keçirdiyini açıqlayıb.
Məlumatda qeyd olunur ki, gəmi 272 569 ton yüngül xam neft daşıyıb və onu icazəsiz başqa gəmiyə ötürməkdə şübhəli hesab edilir.