Ukraynada parlament marixuana ilə bağlı qanun qəbul edib

14-07-2023, 00:19           
Ukraynada parlament marixuana ilə bağlı qanun qəbul edib
Ukrayna Ali Radası çətənə cinsindən olan bitkilərin (“cannabis”) tibbi, elmi və sənaye məqsədləri üçün istifadəsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bu barədə məlumatı Ukrayna Ali Radasının deputatları İrina Geraşşenko və Yaroslav Jeleznyak öz “Telegram” səhifələrində paylaşıblar.

268 nəfər ukraynalı deputat çətənə bitkisini müəyyən edilmiş məqsədlər üçün istifadəsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.

“Qanun posttravmatik stress pozğunluğunun müalicəsində, xərçəng, epilepsiya, Parkinson xəstəliyi və digər hallarda ağrıların azaldılmasında çətənə bitkisindən istifadəyə icazə verir. Həmçinin, ikinci oxunuşda çətənənin yetişdirilməsi zamanı ciddi dövlət nəzarətinin tətbiq olunması qaydaları müəyyənləşdirilməlidir”, - qanun layihəsinin qəbuluna münasibət bildirən İrina Geraşşenko vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru