ABŞ-da bir nəfər 1,08 milyard dollar uddu

20-07-2023, 12:35           
ABŞ-da bir nəfər 1,08 milyard dollar uddu
ABŞ-ın “Powerball” lotereyasının iştirakçısı 1,08 milyard dollarlıq cekpot qazanıb.

Bizim.Media xəbər verir ki, bu barədə lotereyanın rəsmi saytında məlumat verilib.

Məlumata görə, qalib mükafatın bütün dəyərini illik 30 ödənişə bölə və ya 516,8 milyon dollar məbləğində birdəfəlik ödəniş ala bilər.

Qalibin adı açıqlanmayıb. Bununla belə, uduşlu bilet Kaliforniyada alınıb.

Bu mükafat “Powerball” lotereyasının mövcud olduğu dövrdə üçüncü ən böyük mükafatdır. Rekord uduş 2,04 milyard dollar olub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru