Magistralda yol vermək üstündə dava düşdü - Sürücülər arasında bıçaqlanma

1-09-2023, 09:24           
Magistralda yol vermək üstündə dava düşdü - Sürücülər arasında bıçaqlanma
İzmir şəhərinin Buca bölgəsində yüngül ticari avtomobilin sürücüsü ilə mikroavtobus sürücüsü F.B arasında mübahisə düşüb.

32gun.az-ın Türkiyə KİV-nə istinadən xəbər verir ki, sürücü əlindəki blçaqla idarə etdiyi mikroavtobusdan düşüb və qarşısındakı avtomobilin sürücüsünü təpiklə vurub, daha sonra bıçaqla xəsarət yetirib.

Hadisə yerinə təcili yardım sövq edilib.

Polis əməkdaşları mikroavtobus sürücüsü F.B.-ni tutub. Mikroavtobusun hərəkəti qadağan edilib.Saxlanılan şəxs polis bölməsindəki ifadəsindən sonra ədliyyəyə sövq ediləcək.

Qorxulu anlar vətəndaşlar tərəfindən mobil telefonla lentə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru