Zibeydə Sadıqovadan bu məşhur klinika şikayət edibmiş - DETALLAR

1-09-2023, 17:51           
Zibeydə Sadıqovadan bu məşhur klinika şikayət edibmiş - DETALLAR
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

TEREF.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, iclasda intizam komissiyasının vəkil Zibeydə Sadıqova ilə bağlı rəyinə baxılıb.

Məlum olub ki, Z.Sadıqovadan “Modern Hospital” şikayət edibmiş. Şikayət olunla əsaslandırılıb ki, vəkil icraatında olan mülki işlərin birində hospitalın kommersiya sirlərini açıqlayıb.

Zibeydə Sadıqova bildirib ki, iclasda hospitalın şikayəti araşdırılıb və əsassız olduğu elan edilib:

“Rəyasət heyəti də belə qənaətə gəldi ki, mənim hərəkətlərimdə hər hansı pozuntu qeydə alınmayıb. Bu əsasla intizam icraatına xitam verildi”.

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bundan əvvəl keçirilən iclasında Zibeydə Sadıqovanın həyat yoldaşı Elçin Sadıqov və başqa iki vəkilin vəkillik fəaliyyətinin dayandırılması, Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə məhkəməyə müraciət edilməsi qərara alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru