Zəlzələdən sonra dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb

3-09-2023, 21:51           
Zəlzələdən sonra dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb
Kürdəmir rayonunda qeydə alınmış 5,2 maqnitudalı zəlzələ nəticəsində hələlik hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. Bu barədə “Report”a nazirlikdən bildirilib.

“Zəlzələ nəticəsində hazırkı vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - qurum diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Zəlzələ Kürdəmir stansiyandan 14 km cənubda qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru