Rusiyanın Azərbaycan ərazisindəki sülhməramlı kontingentinin komandanı dəyişib 5-09-2023, 00:13 Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib.Bu barədə “Report” Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib.Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub.Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi. Facebook-da paylaş