Türkiyənin Elazığ şəhərində bir adam hər gün bağına gələn tülkünü əlləri ilə bəsləyir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elazığın mərkəzindəki Gökbelen kəndində yaşayan Səlim Aslanın bağa qoyduğu yeməyi yeyən tülkü bəzən evə də girir.
Yeməkdən sonra təbii yaşayış yerinə qayıdan tülkünü səhər-axşam bəsləyən Aslan bu vəziyyətdən kifayət qədər razıdır.