Bakıda külək darvazanı aşırıb, uşaq altında qalaraq ölüb
7-09-2023, 00:04
Bakının Xəzər rayonunda 9 yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb.
APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin əsməsi nəticəsində yerə düşüb. Bu zaman 2014-cü il təvəllüdlü Cəlilli Ramiz Telman oğlu darvazanın altında qalıb. Uşaq ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Fakt üzrə araşdırma aparılır.
Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə verilib.