Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb 7-09-2023, 09:15 Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Röyal Abuzər oğlu Ələkbərovu vuraraq öldürüb.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş