AQTA-nın əməkdaşları ağır qəza keçirdi – Ölən var

7-09-2023, 17:18           
AQTA-nın əməkdaşları ağır qəza keçirdi – Ölən var
Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı “VAZ-2106” markalı avtomobillə “Opel” markalı minik maşını toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişin, Ağdam rayon sakini 24 yaşlı Kənan Novruzov hadisə yerində həyatını itirib.
Hadisədə Bərdə rayon sakinləri – 26 yaşlı Nurlan Şirinov və 59 yaşlı Qabil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı həyatını itirən və xəsarət alan şəxslər Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin əməkdaşlarıdır. Onların Tərtərdən monitorinqdən qayıdarkən qəzaya düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.